14 Oktyabr 2015 17:13
2 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada ev dustağı cəzasına məhkum edilmiş azərbaycanlı vəkil Elnarə Salmanova yoxa çıxıb.

Teleqraf.com uralpolit.ru satına istinadən xəbər verir ki, onun ölkədən qaçması və Azərbaycanda gizlənməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilir ki, 300 min rubl rüşvət verən zaman cinayət başında yaxalanan 36 yaşlı Elnarə Vəliyəddin qızı Salmanova saxlanıldığı gündən istintaqla hərtərəfli əməkdaşlıq edib və rüşvət əsasında cinayət işlərini dəyişən polis, müstəntiq və hakimlərdən ibarət geniş siyahını onlara təqdim edib.

Yayılan məlumatlara görə, E.Salmanova qoluna bağlanılan nəzarət qurğusu ilə birgə yoxa çıxıb. Onun Rusiyanın baş prokuror Yuri Çaykanın Yekaterinburq şəhərinə gəlişi ərəfəsində ölkədən qaçması böyük qalmaqala səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər