Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə səfərə yola düşüb.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Allahşükür Paşazadə oktyabrın 22-23-də Ufada keçiriləcək XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri mövzusunda VIII beynəlxalq elmi-praktik konfransda iştirak edəcək. MDB Dinlərarası Şurasının həmsədri olan A.Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.
Konfrans çərçivəsində QMİ sədrinin bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.
Səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri, baş müfti Talqat Tacuddinin dəvəti ilə həyata keçirilir.