1 Dekabr 2015 00:35
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Timur Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseri təyin olunub.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Uayt Media" prodakşının yaradıcısı Timur Vaynşteyn dekabrın 1-dən yeni vəzifəsinə icrasına başlayacaq.

Timur Vaynşteyn bu vəzifədə 2014-cü ilin dekabrından işləyən Danil Şarapovu əvəz edəcək.

Həmyerlimiz Timur Vaynşteyn baş prodüser vəzifəsi ilə yanaşı həm də kanalın baş direktorunun müavini vəzifəsini də tutacaq.

Qeyd edək ki, bu ilin oktyabr ayında kanalın baş direktoru Aleksey Zimskiy təyin olunub. O, bu vəzifədə Vladimir Kulistikovu əvəz edib.


Müəllif: