2 Dekabr 2015 18:30
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovu qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, komitə sədri Tacikistan ilə Azərbaycan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərinə toxunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən danışıb. Dövlət tərəfindən İslam dininə etiqad edən şəxslərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə də daima xüsusi diqqət göstərildiyini bildirərək, Azərbaycanın malik olduğu uğurlu tolerantlıq modelindən söhbət açıb.

Zohir Saidov öz növbəsində ölkələrimiz arasında dini, mədəni və humanitar sahədə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, ikitərəfli münasibətlərimiz müxtəlif sahələrdə yüksələn xəttlə inkişaf edir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər