5 İyun 2014 11:50
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Bakı Dövlət Universitetinin “Təkamül təlimi” kafedrasının filialı yaradılıb.

İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, bu barədə aprelin 18-də AMEA-nın ümumi yığıncağında qərar qəbul olunub.

Məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının daha da gücləndirilməsi, genetika, biotexnologiya, seleksiya və toxumçuluq elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, BDU və GEİ arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə təşəbbüslərin formalaşdırılması və inkişaf etdirilməsidir.

NİGAR


Müəllif: