21 Dekabr 2015 18:59
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 21-də Yevlax rayonunun daha 2 kəndinə təbii qazın verilişi bərpa edilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, rayonun ümumilikdə 587 abonenti olan Ərəbbəsrə və Xanabad kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 50 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilıb, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edənlər kəndlərə yenidən təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər