Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.
Teleqraf.com universitetin saytına istinadən xəbər verir ki, bu qərar universitetin elmi şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.