28 Yanvar 2016 20:43
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küncüt yağı saç tellərini gücləndirir, saçı qidalandıraraq daha tez uzanmasını təmin edir. Vitamin, zülal və minerallarla zəngin olan küncüt yağı saç dərisi üçün də faydalıdır.

Publika.az küncüt yağı ilə hazırlanan iki möhtəşəm maskanı təqdim edir:

Saç uzadan maska:

Tərkibi:

1 xörək qaşığı küncüt yağı
2 ədəd bildirçin yumurtası
1 ədəd avokado

Hazırlanması və tətbiqi:

Avokadonu soyub əzin. İçinə yumurta və küncüt yağını əlavə edib qarışdırın. Maskanı çəkib saçın dib hissələrini masaj edin. 1 saat gözlədikdən sonra saçlarınızı təbii tərkibli şampunla yuyub təmizləyin. Maska 10 gündən bir çəkilməlidir.

Saçlara parlaqlıq verən maska:

Tərkibi:

1 xörək qaşığı küncüt yağı
1 çay qaşığı quru maya
1 xörək qaşığı rozmarin yağı
1 xörək qaşığı su
1 çay qaşığı alma sirkəsi

Hazırlanması və tətbiqi:

Siyahıdakıları qarışdırın. Əldə etdiyiniz maskanı çəkib yarım saat gözləyin. Saçınızı şampunla yuyub təmizləyin.


Bu maskadan həftədə bir dəfə istifadə edilməlidir.


Müəllif: