Metronun “Nizami” stansiyası yaxınlığında zədələnən kanalizasiya xətti deyil, metroda toplanan qrunt sularını kənarlaşdırmaq üçün çəkilmiş 200 mm-lik qrunt suları xəttidir.
Bu barədə məlumatı Teleqraf.com-a “Azərsu” ASC-nin şöbə rəisi Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, B.Məcidov küçəsində aparılan yenidənqurma işləri zamanı xətdə qəza baş verib, Qəza nəticəsində ətrafa axan sular qrunt suları olub. Hazırda Yasamal Sukanal İdarəsi tərəfindən qəza aradan qaldırılıb.
SEVİL