10 Fevral 2016 01:35
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik 2015-ci ildə yüksək olaraq qalıb.

"Report" xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper Konqresdə Birləşmiş Ştatların təhlükəsizliyi üçün əsas qlobal təhlükələrin qiymətləndirilməsi üzrə illik hesabatında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın artan hərbi gücü və iqtisadi problemlər 2016-cı ildə münaqişənin gərginləşmə potensialını artırır.

Hesabatda qeyd olunur ki, Azərbaycan aşkarcasına Dağlıq Qarabağa olan iddialarından imtina etmək niyyətində deyil, Ermənistan isə işğalı altında olan əraziləri azad etmək istəmir ki, bu da münaqişənin sülh yolu ilə nizamlanmasını çətinləşdirir.


Müəllif: