20 Fevral 2016 16:33
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 3-də Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun "Şər qarışanda" adlı tammetrajlı filminin təqdimat mərasimi keçiriləcək.

Triller janrında çəkilən 1 saat 40 dəqiqəlik filmdə baş rolu xalq artisti Ramiz Novruz canlandırıb. Ramiz Novruz ilk dəfə bu filmdə manyak obrazını ifa edib.

Filmdə aktyorlar Gövdət Şükürov, Ülvi Həsənov, Murad İsmayıl, Oksana Rəsulova və başqaları rol alıb.
Ötən il qışda çəkilən ekran əsərinin əsas kadrları Nabran və Şabranda çəkilib.

Xatırladaq ki, Samir Kərimoğlu indiyədək "Sırat Körpüsü", “Bu meydan, bu ekran”, "Qanadlarıma sığal çək", “Niyyət”, "Onun ürəyi", "Mən evə qayıdıram" adlı filmlərini, "Baku, I love you" almanaxında yer alan “Alla prima” epizodlarını ekranlaşdırıb.


Müəllif:

Oxşar xəbərlər