21 Fevral 2016 23:55
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün geniş tədbirlər görülür. Bu tədbirlər sırasında rayonun qaz təsərrüfatının əsaslı şəkildə yeniləşdirilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların “mavi yanacaq”la fasiləsiz təminatı istiqamətində görülən işləri xüsusi qeyd etmək olar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər şəhəri və rayonun 32 kəndi təbii qazla təmin olunub. Seydimli-Borsunlu kəndləri istiqamətində diametri 315 millimetrlik yeraltı daşıyıcı polietilen qaz xəttinin çəkilişi başa çatdırılıb. Hazırda rayonun Seydimli, Sarov, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azad Qaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar, Bəyimsarov kəndlərində qazlaşma işləri sürətlə davam etdirilir. 10 yaşayış məntəqəsinə təbii qazın verilməsi üçün işlər görülür.

Qeyd edək ki, təkcə ötən il Tərtər rayonunun 14 yaşayış məntəqəsi - İsmayılbəyli, Evoğlu, Təzəkənd, Hacıqərvənd, Kəngərli, Balakəngərli, Mamırli, Poladlı, Borsunlu, Yuxarı Sarıcalı, Bayandurlu, Cəmilli, Qaradağlı, Köçərli kəndləri qazlaşdırılıb, 4 min 244 abonentə təbii qaz verilib.


Müəllif:

Oxşar xəbərlər