28 Fevral 2016 08:04
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala şəhərinin Şəhriyar küçəsində 2012-ci ilin mayında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən 4 çoxmənzilli binanın sakinləri üçün yeni yaşayış binasının tikintisinə başlanılıb.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Fərman Əhmədov məlumat verib.

Qurumun rəsmisinin bildirdiyinə görə, 21 mənzilli binanın tikintisi Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına həyata keçirilir. Binadakı bütün mənzillər istilik sistemi və daimi içməli su ilə təmin olunacaq.

Hazırda binanın tikintisində torpaq-bünövrə işləri görülür. Yaşayış binasının cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər