2 Mart 2016 15:44
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov martın 11-də saat 10:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.

Nazirlikdən verilən məlumata görə, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər