4 Mart 2016 14:55
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan-Braziliya arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Senator Kristovam Buarke Azərbaycanın mədəniyyət sahəsindəki fəaliyyətini alqışlayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyəti olduqca yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ olunur, multikulturalizm və tolerantlıq nümunəsi kimi dünyaya səs salır.

Ə.Qarayev görüşdə 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2008-ci ildən ölkəmizdə keçirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verdi. Nazir həmçinin, nümayəndə heyətinin rəhbərini 7-ci Qlobal Foruma və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşün sonunda gələcəkdə mədəniyyətlərarası dialoq sahəsində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı qeyd olunub.

İlhamə


Müəllif:

Oxşar xəbərlər