18 Mart 2016 16:40
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prentensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əfv olunanlar sırasında olan idmançı, 1989-cu il təvəllüdlü İsmayıl Abbasov azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, İsmayıl həbs olunmamışdan əvvəl Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzində mühafizəçi olub.

Biləsuvar sakini İsmayıl Abbasov iş yoldaşı Konstantin Dutkinlə zarafat edərkən aralarında yaranan münaqişə zamanı onu bıçaqlayıb.

Daha sonra iş yoldaşının ciddi xəsarət aldığını görən İsmayıl ona yardım da etmək istəyib. O deyir ki, bıçaq biraz qarnına girmişdi: “İş yoldaşlarımızla onu tez tibb otağına apardıq. Orada yardım göstərmək istədik”.

İsmayıl Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib: “Heç kim həbsxanaya düşmək istəməzdi. Təsadüf nəticəsində bura düşdüm və 2 ilə yaxın həbsxana həyatı yaşadım. Peşmanlıq hissi keçirirəm ki, bu illər ərzində həbsxana həyatı yaşadım”.

Hacı Zeynalov

Fotolar: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər