20 Mart 2016 00:52
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 il əvvəl Turet sindromuna tutulan 52 yaşlı Paul Stevenson qəribə davranışa sahib olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, P.Stevenson bu xəstəliyə yaxın bir dostunun ölümündən sonra tutulub.

Belə ki, 6 il əvvələ qədər normal həyatı olan P.Stevenson dostunun ölümündən sonra uzun müddət özünə gələ bilməyib. Daha sonra bu xəstəliyə tutulub. Qəribə davranışa sahib olan Stevenson tez-tez ən müxtəlif yerlərdə “bomba var”, “kafirlərə ölüm”, “zibil” kimi sözlər işlədir.

Bu xəstəliyə tutulmazdan əvvəl gecə klubunda qapıçı işləyən Paul 6 ildir iş axtarır. 4 uşaq atası olan bu adam iş axtarmaqdan usanmasa da, tapmaqla bağlı inamını itirib. Özündə hər hansı işin öhdəsindən gələ biləcək gücü hiss etmədiyini deyib.

Qeyd edək ki, Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğudur.

Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu. Lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir.


Müəllif:

Oxşar xəbərlər