20 Mart 2016 20:23
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 20-də Novruz bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları, ictimaiyyət nümayəmdələri üçün "Açıq qapı" günü keçirilib.


Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar qarnizonunda yerləşən hərbi hissədə olaraq "Açıq qapı" günündə iştirak edib.


İlk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənov, birlik komandiri general-leytenant Rövşən Əkbərov, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov hərbi hissənin ərazisində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər. Daha sonra nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə hərbi texnikaya, silah-sursata və döyüş vasitələrinə baxış keçiriblər.


"Açıq qapı" günündə hərbi hissələrə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olduqdan, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkdikdən sonra, Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşlərdə onları narahat edən sualları və maraqlandıran məsələləri müzakirə ediblər. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir çox məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.


Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.


Sonda xatirə olaraq hərbi hissə ərazisində çinar ağacları əkilib.


Müəllif:

Oxşar xəbərlər