Media Təqib Mərkəzinin direktoru, ilahiyyatçı Elşad Miri barəsində Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq İdarəsində cinayət işi açılıb.
Bu barədə Teleqraf.com-a Elşad Miri məlumat verib.
İlahiyyatçı deyib ki, onu üçüncü dəfədir İstintaq İdarəsinə çağırırlar: “Barəmdə vergidən yayınma adı ilə cinayət işi açıblar.
Mənə göndərilən çağırış vərəqəsində də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi Ramin Qarayevin çağırışına gəlməli olduğum bildirilir”.
Vergilər Nazirliyi faktı təsdiq edib.
Naibə QURBANOVA