3 Aprel 2016 14:50
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərin Türkmənistan sahillərində tapılan meyitin ölkəyə gətirilməsi üçün tədbirlər həyata keçirir.


Be barədə Teleqraf.com-a FHN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.


Müəllif:

Oxşar xəbərlər