15 Aprel 2016 16:20
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yasamal Rayon Məhkəməsində AzTV-nin sədri Arif Alışanovun televiziyanın keçmiş əməkdaşı, professor Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayət üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçən prosesdə Arif Alışanovun vəkili Zaur Abbasov vəsatətlə çıxış edib. O, çıxışında məsələ ilə bağlı mütəxəssis rəyinin olmasını vacib sayıb: “Biz vəsatətimizdə bildirmişik ki, Qulu Məhərrəmlinin verdiyi müsahibə ilə bağlı linqivistik eskpertiza təyin edilsin. Bu zaman məlum olacaq ki, Qulu Məhərəmlinin müsahibə Alışanovun ünvanı dediyi sözlər tənqid, yoxsa təhqirdir”.

Qulu Məhərəmlinin vəkili Cavid Rzazadə məhkəmənin indiki mərhələsində vəsatətin baxılmamış saxlanmasını istəyib. Qulu Məhərrəmli isə Arif Alışanova təhqir etmədiyini, yalnız tənqid etdiyini deyib.

Hakim qərar qəbul etmək üçün müşavirəyə gedib. Vəsatət təmin edilib və həmin məqalə ekspertizaya göndərilməsi barədə qərar qəbul edilib.

Proses qeyri-müəyyən vaxtadək təxiri salınıb.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.
Arif Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib.

Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib.

Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğu iddiası ilə Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyir.

Qulu Məhərrəmliyə qarşı Nəsimi rayon Məhkəməsinə daxil olan mülki iddia ərizəsinə isə aprelin 25-də baxılacaq.

Hacı Zeynalov


Müəllif: