20 Aprel 2016 18:54
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Azərbaycanlıları Konqresinin Bakı Nümayəndəsi Mehriban Nəsib şəhid Müşfiq Orucovun ailəsini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, AAK ABŞ-da yaşayan azərbaycanlılardan topladığı ianənin bir hissəsini (1000 ABŞ Dolları) Vətən uğrunda şəhid olmuş Müşfiq Orucovun valideynlərinə çatdırıb.

Eləcə də AAK-ın Müşfiq Orucovun ailəsinə göndərdiyi məktub oxunulub.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü M.Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhid Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılıb.

Müşfiq Orucov vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayıb.

Bəkir


Müəllif: