29 Aprel 2016 13:10
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkənin bütün ərazisində fövqəladə halların idarəolunması, geo-informasiya bazasının yaradılmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə AMEA-ın iclasında çıxışı zamanı deyib.

Faiq Tağızadə bildirib ki, atlasın yaradılması yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələri, biznes struktur obyektləri strateji neft-qaz kommunikasiya xətlərində fövqəladə halların qurulması, istehsal qüvvələrin yerləşdirilməsi baxımından əhəmiyyətə malikdir:

“Qarşıda duran əsas məqsədlərdən biri ölkənin bütün ərazisində fövqəladə halların idarəolunması, geo-informasiya bazasının yaradılmasıdır”.

Faiq Tağızadə qeyd edib ki, bazanın yaradılmasında məqsəd FHN-in operativ idarə edilərək, ölkə ərazisində risk və təhlükələrin dayandırılması, fövqəladə hallar zamanı vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, ərazinin mühafizəsinin təmin edilməsi, dəyən ziyanın minimuma endirilməsi, ölkənin inkişafının təmin edilməsi sahəsində vahid informasiya bazasının yaradılmasıdır.

Artıq bu istiqamətdə yol xəritəsi hazırlanıb.

İlhamə Əbülfət


Müəllif: