“Facebook Messenger” messencerinin test versiyasında istifadəçilər göndərilən mesajın qəbul edən tərəf üçün silinmə vaxtını müəyyən edə bilərlər.
Yaxın gələcəkdə sözügedən mobil proqramın istifadəçiləri mesajın 1 dəqiqə, 15 dəqiqə, 1 saat, 4 saat və ya 1 gün sonra silinməsi ilə bağlı seçim imkanı əldə edəcəklər.
“Facebook” bu cür yeniliklərlə istifadəçilərə öz şəxsi kommunikasiyalarına daha yaxşı nəzarət etməyə imkan verir.