IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.
MOK-dan olan iştirakçılar IV İslam Həmrəyliyi oyunlarının başlanmasına qalan bu müddət ərzində mühüm əhəmiyyət kəsb edən sualları müzakirə etməklə bərabər, eyni zamanda hazırlıq işləri ilə daha yaxından tanış olmaq məqsədi ilə idman oyunlarının keçiriləcəyi yarış məkanlarında da olacaqlar.
Azərbaycan MOK–nin vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, “Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına artıq bir ildən də az vaxt qalıb: “MOK-lər öz idmançıları üçün yaradılmış imkanlardan məmnun qaldılar və biz gələn il uğurlu bir idman tədbirinin keçiriləcəyinə əminik.”
Qeyd edək ki, bu gün keçirilən iclasda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70 üzvünü qəbul edib.
İlhamə Əbülfət