15 May 2016 12:50
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib. "Report"un məlumatına görə, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 100 kilometr şimalda qeydə alınıb.

Zəlzələ ocağı 131 kilometr dərinlikdə yerləşib. Dağıntılar və sunami təhlükəsi haqda məlumat verilmir.

Xatırladaq ki, Alyaskada 1964-cü ilin martında baş vermiş 9,2 bal gücündə zəlzələ nəticəsində 125 nəfər ölüb.


Müəllif:

Oxşar xəbərlər