“Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd sakini Murad Nəsirovun “Coca-cola” içkisindən zəhərlənməsi xəbəri doğru deyil”.
Bu sözləri Teleqraf.com-a Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
İmran Abdullayevin bildirib ki, Səhiyyə Nazirliyinin Ağcabədi rayon şöbəsindən verilən məlumata görə, Murad Nəsirov “Coca-cola” içkisinin içərisinə dərman atıb: “İlkin məlumata görə, Murad Nəsirov sevgilisindən ayrıldıqdan sonra “Coca-cola” içkisinin içərisinə dərman atıb, həmin dərmanı damarına vurub. Məsələnin bizə aidiyyəti yoxdur”.
Bu gün Ağcabədinin Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov “Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirildiyi xəbəri yayılıb. Murad Nəsirova tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İlhamə Əbülfət