Cəbhəboyu rayonlarda 17 partlayış yerinə baxış keçirilib. Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
Tərtər rayonu
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 10 partlayış yerinə baxış keçirilmiş və nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 1 ev və həyətyanı sahə, 10 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 10 000 kv. m ərazi təmizlənmişdir.
Ağcabədi rayonu
Hacılar kəndi - 1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilmiş və nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 1 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 5 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 6 000 kv. m ərazi təmizlənmişdir.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilmiş və nəticə etibarı ilə 613 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 613 kv. m ərazi təmizlənmişdir.
21 May tarixində 2 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 17 partlayış yerinə baxış keçirilmiş, gün ərzində 16 613 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 21 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 502 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 449 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.