“Təzə plan yoxdur. Həmişə deyirdim ki, Rauf Mirqədirov azadlığa çıxsın, bundan sonra qəzetin fəaliyyətini bərpa etmək haqqında düşünərik. Şükürlər olsun ki, Rauf Mirqədirov azadlıqdadır və biz də düşünürük. Ancaq hələlik ancaq düşünürük, ortalıqda bir şey yoxdur”.
Bunu Teleqraf.com-a açıqlamasında fəaliyyəti dayanan “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.
Məlumat üçün xatırladaq ki, jurnalistlər arasında fəaliyyəti dayanan “Ayna-Zerkalo” qəzetinin yenidən çap ediləcəyi haqda xəbərlər dolaşır.
Baş redaktor Elçin Şıxlı isə deyir ki, qəzeti bağlayanda əsas səbəb maliyyə problemi olub: “Çünki bu illər ərzində özüm işləyir, qazanır və dolanırdıq. Normal kollektivimiz var idi, qəzetimiz çap olunurdu. İndi bunu etmək mümkün deyil. Hazırda bu şərtlər dəyişməyib. Yeni bir hərəkət olsa, nəsə olar”.
Şıxlı sonda qeyd edib ki, hazırda bu istiqamətdə müxtəlif variantları araşdırır: “Qəzet olmasa da, nəsə düşünürük. Düzdür, ortalıqda heç nə yoxdur, amma görək nə alınır”.
Nemət