Yay yaxınlaşır, xanımların arıqlamaq, formada olmaq, gözəl görünmək arzusu daha da alovlanır. Zərif cinsin nümayəndələri havalar isindikcə müxtəlif pəhrizləri sınaqdan keçirirlər, effektli pəhriz proqramları axtarırlar.
Axşam.az xarici mətbuata istinadən xanımların işini asanlaşdırmaq məqsədilə rus xanımlarını 50 kilo arıqladan pəhriz proqramı haqqında məlumatı oxucuları ilə bölüşür.
Bu pəhrizin məşhurlaşmasına səbəb rusiyalı xanımın onun vasitəsilə 55 kilo arıqlamasıdır. O, öz təcrübəsini bloqda bölüşdükdən sonra onun pəhrizindən istifadə edərək 15-20 kilo arıqlayan xanımların sayı artıb.
Pəhrizin qaydalarına əsasən aşağıda adları sadalanan qidaları rasiondan tamamilə çıxartmaq lazımdır:
Şəkər tozu, kartof, ət, toyuq, balıq, kolbasa, ağ çörək, yarmalar.
Yəqin ki, bü cümləni oxuyanlar "Bəs nə yeyəcəm?" sualını verir. Məsələ ondadır ki, bu pəhrizin əsasını tərəvəz və meyvələr təşkil edir. Bununla da orqanizm həm şlaklardan təmizlənir, həm də illərdir sizi narahat edən artıq çəkidən yaxa qurtaracaqsınız.
Onu da qeyd edək ki, ilk vaxtlar, təxminən üç həftə bu pəhrizə riayət etmək çox çətindir. Lakin sonra incəlmiş belinizə nəzər salaraq gözəl görünməyinizdən zövq alacaqsınız. Belə ki, bu pəhriz vasitəsilə bir aya 10-13 kilo arıqlamaq mümkündür.
Beləliklə,təxmini menyunu təqdim edirik:
Səhər yeməyi: Suda bişmiş 1 yumurta, tərəvəz salatı yemək olar.
Amma salata mayonez və xama əlavə etmək olmaz, yağ və ya kefir tökə bilərsiniz.
Bir dilim qara çörəyi iki hissəyə bölün, üzərinə məsələn, yunan qabağının kürüsünü çəkib buterbrod düzəldə bilərsiniz. Sözsüzki, qəhvə və yaçay içmək olar.
Nahar: Boşqabınızı qaynadılmış tərəvəzlər (rəngli və ya Brüssel kələmi, brokkoli), tərəvəzlərdən hazırlanmış 1 ədəd kotlet bəzəyə bilər. Kotletə ət və kartofdan başqa hər şey əlavə etmək olar, çuğundur, kök, badımcan, yunan qabağı və s. Səhər yeməyindən saxladığınız yarım dilim çörəyi də yeyə bilərsiniz. Ketçup istifadə etmək olar, qəhvə və ya çay içə bilərsiniz.