29 May 2016 14:36
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkmənistanda Türkmən Xalça Günü qeyd edilir.

APA-nın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, Xalça Günündə bütün ölkədə kütləvi gəzintilər, konsertlər, xalça sərgiləri təşkil edilir, Türkmənistan prezidenti tərəfindən ixtisaslı xalçaçılar dövlət mükafatları və qiymətli hədiyyələrlə təltif edilirlər.

Bu gün Aşqabadda Türkmənistan Xalçalarının Beynəlxalq Sərgisi və Ümumdünya Türkmən Xalçaları Qiymətləndiriciləri Assosiasiyasının XVI konfransı keçiriləcək. Xalça Gününün qeyd edilməsində əsas məqsəd Türkmənistan xalçalarının dünyada məşhurlaşdırılmasıdır.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkmən Xalça Günü münasibəti ilə sərgi və konfrans iştirakçılarını təbrik edib. Q. Berdıməhəmmədov türkmən xalçaları türkmənlərin “ürəyinin musiqisi” kimi səciyyələndirib.


Qeyd edək ki, Türkmənistan xalçaları dünyada ən qədim xalçalardan sayılır. Tarixçilər türkmən xalçalarının 2 min ildən çox yaşı olduğunu bildirirlər.


Müəllif:

Oxşar xəbərlər