2 İyun 2016 00:15
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sağlamlıq imkanları məhdud olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi" layihəsinin may ayından icrasına başlamışdır.

Həyata keçirilən layihə çərçivəsində uşaqlar üçün 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbir uşaqların Azərbaycan Respublikasının Dövlət Himnini oxuması ilə başladı. Tədbirdə uşaqlar şeirlər söyləyir, mahnı oxuyur və musiqi sədaları altında rəqs edirdilər. Uşaqlar tədbirdə öz valideynləri ilə birgə iştirak etdilər. Tədbirin keçirilməsi uşaqların böyük sevincinə səbəb oldu.

Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün “Uşaq hüquqularının müdafiəsində mövcud standartlar” mövzusunda təlim təşkil olunmuşdur. Təlimin aparıcısı Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov uşaqların, əlillərin hüquqlarının qorunması sahəsində qanunvericilik, mövcud standartlar və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə təlim iştirakçılarına geniş məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edir.


Müəllif:

Oxşar xəbərlər