2 İyun 2016 17:44
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva xalq rəssamı Toğrul Nərimanbəyovun qəbrini ziyarət edib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ziyarət Fransaya işgüzar səfəri çərçivəsində reallaşıb.

Boyakar, monumentalçı və teatr rəssamı, SSRİ və Azərbaycan xalq rəssamı Toğrul Nərimanbəyov 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirib.
XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayıb. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə əsərlər yaradıb.

Toğrul Nərimanbəyov 2 iyun 2013-cü il tarixində Parisdəki hospitallardan birində vəfat edib. Parisin mərkəzində Passi qəbiristanlığında dəfn olunub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər