Paytaxtda yanğın hadisəsi baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Rayonda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.