Azərbaycanda qadın alveri ilə məşğul olan 75 yaşlı qadın məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1941-ci il təvəllüdlü, Bakı şəhər sakini Kərimova Məlakət Abdulla qızı həbs edilib.
Məlakət Kərimova bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul və Iğdır şəhərlərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov