24 İyun 2016 18:22
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində xarici ölkələrin 50-yə yaxın bank müştərisinin plastik kartlarından xüsusi kiberproqramlardan istifadə etməklə külli miqdarda pul vəsaitlərini onlayn ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Xaçmaz rayon sakinləri Xətai Əliyev və Orxan Seyidov tutulub.

Saxlanılan Xətai Əliyev törətdiyi əməli etiraf edib. O, bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə etməklə internet vasitəsilə onlayn bank əməliyyatları aparan xarici ölkə vətəndaşlarının ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.

Daha sonra Xətai Əliyev həmin şəxslərin hesablarından Orxan Seyidovun adına yerli banklarda açdığı hesablara onlayn köçürmələr edərək nağdlaşdırıb və bu yolla vətəndaşlara külli miqdarda ziyan vurub.
Xətai Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər