27 İyun 2016 12:52
2 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də həbs edilən Eldəniz Babayevin ətrafında istintaq tədbirləri davam edib.

Qazax rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə Eldəniz Babayevin Elmiranın azyaşlı qızı Fatiməni də boğaraq qətlə yetirməsi müəyyən edilib.

Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.

Qeyd edək ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində bir neçə gün əvvəl tapılan meyitin Gürcüstan respublikası vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat zamanı cinayətin Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən törədildiyi məlum olub. Eldəniz Babayev həbs edilib.

Elmira Tanrıverdiyeva ilə Eldəniz Babayevin qeyri-rəsmi münasibətləri olduğu bildirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər