10 İyul 2016 23:14
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonu, Çeşməli kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: