16 İyul 2016 12:10
2 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları “Xaşxaş 2016” tədbirlər çərçivəsində xüsusi əməliyyat keçiriblər.

Teleqraf.com xəbər verir ki, əməliyyat rayonun Məmişlər kəndi ərazisində keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində icarəyə götürülmüş meşə zolağının yaxınlığında yerləşən torpaq sahəsində aqrotexniki qaydada qulluq göstərilərək becərilən 217 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkən, rayonunun Kürkəndi kənd sakinləri, 1977-ci il təvəllüdlü Mehman Zülfüqarov və 1977-ci il təvəllüdlü Natiq Ağayev həbs ediliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: