Biləsuvar rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.
Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qərib Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi “İJ-58” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov