18 İyul 2016 17:42
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Niyaz Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini Niyaz Babayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Maisə Ələkbərovaya yaşadığı evdə qısqanclıq zəminində bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Maisə Ələkbərova orada ölüb. Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Niyaz Babayev tutulub.

Müəyyən edilib ki, Niyaz Babayev qeyri rəmis münasibətdə olduğu Maisə Ələkbərovanın başqa bir kişi ilə intim münasibətdə olduğunu bilib. O, şübhələrini doğrultmaq üçün Maisəni güdüb və başqa bir kişi ilə münasibət qurmasını biləndən sonra qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Hadisə baş verən günü Niyaz Babayev Maisə Ələkbərova ilə mübahisə edib. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Niyaz Babayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyaz Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: