Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.