Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakinləri, 1972-ci il təvəllüdlü Habil Həsənov və 1988-ci il təvəllüdlü Elşən Abbasov bıçaqlanıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.
İlkin araşdırma zamanı məlum olub ki, Habil Həsənov və Elşən Abbasov kəndin kənarında bir qrup şəxslə mübahisə edib. Onların mübahisəsi sonda davaya səbəb olub.
Faktla bağlı Tovuz rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov