Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
Həmin ünvanda Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Talıblı naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Elburus İsgəndərov tutulub.
Hacı Zeynalov