Bakının Qaradağ rayonunda oğurluq edən şəxs cinayət başında yaxalanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb. Ticarət mərkəzinin 1-ci zona Elit satış mərkəzindən Ramil Səfərova məxsus mağazadan 1 ədəd dəyəri 220 manat olan velosiped oğurlayaraq qaçmaq istəyən Hacıqabul şəhər sakini Taleh Atamalıyev yaxalanıb. Taleh Atamalıyev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil verilib. Onun əvvəllərdə oğurluq etdiyi üçün məhkum olunduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov