Tərtər rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, Tərtər rayon sakini Tofiq Məmmədov yaşadığı evdə həyat yoldaşı Məhsəti Səmədovanı və qayınanası Səfurə Quliyevaya baltalayıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirlib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ailə münaqişəsi zəminində baş verib. Tərtər rayon polis şöbəsi Tofiq Məmmədovu həbs edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov