Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avqustun 3-də Bakı şəhər sakini Sunay Abdullayev xuliqanlıq zəminində döyülüb.
Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Ruslan Nəbiyev və Nicat Əliyev tutulublar.
Araşdırmalar zamanı onların Sunay Abdullayevi döyərək qızıl boyunbağısını və 1260 manat pulunu almaları da müəyyən edilib.
Hacı Zeynalov