19 Avqust 2016 01:55
3 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rövşən Lənkəranski" kimi tanınan kriminal avtoritet Rövşən Canıyevin İstanbulda qətlə yetirilməsindən az sonra "Hacı Beyləqanski" kimi tanınan Azərbaycan vətəndaşı Hacı Talıbxanlı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Teleqraf.com haqqın.az-a istinadən bildirir ki, H.Talıbxanlı İstanbuldakı Barbaros bulvarının yaxınlığındakı binalardan birində R.Lənkəranskinin dəstəsinin üzvləri ilə görüşündə iştirak edib. Bu görüş başa çatandan az sonra R.Lənkəranskinin olduğu Range Rover avtomobili üç naməlum şəxs tərəfindən avtomatlardan atəşə tutulub.

"Qoca Bakinski" qətlə yetiriləndən sonra bir dəstə "qanuni oğru" Azərbaycanın ən nüfuzlu "lotu"larından birinin ölümünün qisasını almağa and içibmiş. Onlar R.Lənkəranskini qətlə yetirməyə girəvə axtarırdılar. Bu səbəbdən R.Lənkəranskinin məhz "Qoca Bakinski"nin qətlə yetirildiyi gün, avqustun 18-də güllələnməsinin təsadüf olmadığı iddia olunur. Bu sui-qəsdin qisas olduğu vurğulanır.

Hacı Talıbxanlı digər "qanuni oğru, "Qoca Bakinski" kimi tanınan Əlibala Əlisəftər oğlu Həmidovun qətlində də suçlanır.

Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı və yalnız R.Lənkəranskinin xüsvusii tapşırıqları olanda Dubayı tərk edirdi.


Müəllif:

Oxşar xəbərlər