Bakının Nəsimi rayonunda evə oğru girib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50.000 manat dəyərində qızıl əşya oğurlanıb.
Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər paytaxt sakinləri Fərid Əhmədov və onun tanışı Nigar Ağayeva tutulublar.
Hacı Zeynalov