6 Sentyabr 2016 21:52
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bir nəfər bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Elman Nağıyev bıçaq xəsaərti alıb. Elman Nağıyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.

Elman Nağıyev istintaqa verdiyi ifadəsində bildirib ki, atdan yıxılan zaman xəsarət alıb. Hazırda təhqiqatçılar onun ifadəsinin doğru olub-olmamasını yoxlayırlar.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: